Valideynlərin NƏZƏRİNƏ - Məktəb və müəllim seçimi başladı

17:09 - 22 İyul 2025

Valideynlərin NƏZƏRİNƏ - Məktəb və müəllim seçimi başladı

Ümumi təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib.


Manset.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, saat 16:00-dan etibarən Bakı və Gəncə şəhərlərindəki ümumitəhsil müəssisələrində məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunur.

Seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə:

– Alternativ qeydiyyat mərkəzlərinə

– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az