Xanhüseyn Kazımlı vəfat etdi

09:40 - 24 İyul 2025

Xanhüseyn Kazımlı vəfat etdi

Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.


Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, I, II, III, IV, V çağırış Milli Məclisin deputatı idi.

2002-ci ildə Prezidentin fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilib.

Mərhum bu gün Yasamal qəbirstanlığında torpağa tapşırılacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az