Dünənki qəzada ölənlər bir ailənin üzvləri imiş...

10:12 - 27 İyul 2025

Dünənki qəzada ölənlər bir ailənin üzvləri imiş...

Ötən gün Laçında baş verən qəzada ölənlər ailə üzvləri olub. 


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Laçın rayon Qarakeçdi kəndi ərazisində baş qəzada ölənlər - avtomobilin sürücüsü keçmiş polis əməkdaşı Mahir Abdullayev, onun həyat yoldaşı Şəhla Novruzova və qadının bacısı Xədicə Novruzovadır. 

Avtomobildə xəsarət alaraq xəstəxanaya yerləşdirilən isə M.Abdullayevanın qardaşı qızı Abdullayeva Ramilədir.

Qeyd edək ki, ailə üzvləri öz doğma yurdlarından, Laçının Hacıxanlı kəndindən qayıdırmış.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az