Ağcaqanadlar vasitəsilə virus yayılır - Gizli təhlükə 

08:30 - 30 İyul 2025

Ağcaqanadlar vasitəsilə virus yayılır - Gizli təhlükə 

İtaliyada ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları artıb.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, bu il indiyədək 32 yoluxma və 2 ölüm hadisəsi qeydə alınıb. Bu, ötən illə müqayisədə xeyli artımdır. 2024-cü ildə cəmi 13 yoluxma olmuş, ölüm baş verməmişdi.

Virus yoluxmuş quşların qanı ilə qidalanan ağcaqanadların insanları sancması nəticəsində yayılır. Yoluxanların bir qismi qripə bənzər simptomlar keçirsə də, bəzi hallarda ensefalit və meningit kimi ağır nevroloji fəsadlarla nəticələnə bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az