ETSN-də növbəti qanvermə aksiyası keçirildi - FOTOLAR

15:52 - 31 İyul 2025

ETSN-də növbəti qanvermə aksiyası keçirildi - FOTOLAR

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti qanvermə aksiyası keçirilib. 


Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədilə təşkil olunan qanvermə aksiyasında Nazirliyin əməkdaşları fəal iştirak edib.

Qanvermə prosesi “Respublika Qan Bankı” publik hüquqi şəxsin xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən həyata keçirilib və hər bir donorun sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra qan götürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az