Bakının bu ərazisində işıq olmayacaq 

10:55 - 07 Avqust 2025

Bakının bu ərazisində işıq olmayacaq 

Zirə kəndinin bəzi hissələrində təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. 


Manset.az xəbər verir ki, buna səbəb Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35 kV-luq hava xəttində bu gün təmir-bərpa işləri aparılmasıdır. 

Saat 10:00-dan saat 12:00-dək Zirə kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az