Həddindən artıq ev təmizliyi sağlamlığa zərərlidir 

22:27 - 14 Avqust 2025

Həddindən artıq ev təmizliyi sağlamlığa zərərlidir 

Gigiyenanı qorumaq üçün evdə tez-tez edilən təmizlik göründüyü qədər zərərsiz deyil.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kimyəvi maddələrin (ağartıcı, yuyucu və hava təravətləndiriciləri) tez-tez istifadəsi tənəffüs yollarına və immun sisteminə mənfi təsir göstərir.

Bu maddələr inhalyasiya yolu ilə orqanizmə daxil olaraq baş ağrısı, dəridə qıcıqlanma, göz və boğaz yanması, allergik reaksiyalar və astma kimi problemlərə səbəb ola bilər. Həddindən artıq steril mühitə məruz qalmaq isə immuniteti zəiflədir.

İlk əlamətlərə diqqət yetirin:

  • Baş ağrısı

  • Boğazda yanma

  • Göz qızarması

  • Dərinin quruluğu və qaşınma

  • Öskürək və nəfəs darlığı

Mütəxəssislər kimyəvi maddələrin yerinə sirkə, soda və limon kimi təbii təmizləyicilərin istifadəsini, evin havalandırılmasını və qoruyucu vasitələrdən (əlcək, maska) istifadəni tövsiyə edirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az