Elektron siqaretlər beyin inkişafını ləngidir

23:17 - 14 Avqust 2025

Elektron siqaretlər beyin inkişafını ləngidir

Elektron siqaretlər son illərdə xüsusilə, gənclər arasında sürətlə yayılır və ən ciddi sağlamlıq təhdidlərindən biri hesab olunur.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ankara Universitetinin professoru Fatma Arslan bu cihazların zərərsiz görünsə də, əslində ciddi fəsadlara yol açdığını bildirib.

Onun sözlərinə görə, elektron siqaretlər ənənəvi siqaretin yerini alsa da, "yeni bir xəstəlik forması"nı ortaya çıxarıb. Bu cihazlar tənəffüs yollarına zərər verir, buxarı isə qana tez nüfuz etdiyi üçün ani nəfəs darlığı, ağciyər qanamaları və hətta tənəffüs çatışmazlığına səbəb ola bilir.

Bundan əlavə, buxarın tərkibindəki kimyəvi maddələr uzun müddət qalır və səthlərdən asanlıqla təmizlənmir. Nəticədə ətrafdakı insanlar üçün əlavə sağlamlıq riski yaradır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az