Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb. Məlumata əsasən, təhsil haqları tibb ixtisası üçün 6 500 AZN, stomatologiya ixtisası üçün 6 000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5 000 AZN olaraq dəyişdirilib. Bəs görəsən, artımın səbəbi nədir?
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Mətbuat Xidmətindən bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb:
"Bütün universitetlərdə olduğu kimi ATU-da da təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb".
Qeyd edək ki, artımın konkret səbəbi ilə bağlı sualımız cavabsız qalıb.
Xatırladaq ki, ATU-da təhsil haqlarının artırılması ilə bağlı ilk xəbər "Kaspi" qəzetində yayımlanıb.