Əhalimizin sayı AÇIQLANDI

15:37 - 15 Avqust 2025

Əhalimizin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 16 833 nəfər və ya 0.2 faiz artaraq 2025-ci il iyul ayının 1-i vəziyyətinə 10 milyon 241 min 722 nəfərə çatıb.


Manset.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkə əhalisinin 54.4 faizini şəhər, 45.6 faizini kənd sakinləridir. Onlardan 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.

Bu ilin iyul ayının əvvəlinə əhalinin 4.6 faizi Naxçıvan Muxtar Respublikasının, 23 faizi Bakı şəhərinin, 9.2 faizi Lənkəran-Astara, 8.6 faizi Abşeron-Xızı, 7.3 faizi Qarabağ, 7.1 faizi Mərkəzi Aran, 6.6 faizi Qazax-Tovuz, 6.1 faizi Şəki-Zaqatala, 5.8 faizi Gəncə-Daşkəsən, 5.4 faizi Quba-Xaçmaz, 5.2 faizi Mil-Muğan, 4.9 faizi Şirvan-Salyan, 3.2 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az