Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində ixtisas seçimi davam edir və bu gün son gündür. Abituriyentlər 23:59-da ixtisas seçimini yekunlaşdırmalıdırlar.
Manset.az xəbər verir ki, ixtisas seçimi zamanı yanlışlıq edən abituriyentlərə ərizələrini ləğv edib yenidən seçim etmə imkanı verilirdi.
Lakin Dövlət İmtahan Mərkəzi bildirib ki, ərizə qəbulunun son günü bu imkan aktiv olmur.
Mərkəz abituriyentlərə tövsiyə edir ki, vaxtında seçimlərini dəqiqləşdirərək ərizəni təsdiqləsinlər.