Bakıda böyük söküntü olacaq - Bu binalar söküləcək

09:55 - 27 Avqust 2025

 Bakıda böyük söküntü olacaq - Bu binalar söküləcək

Bakıda daha iki rayonda istismar müddəti bitmiş qəzalı binaların söküntüsü həyata keçiriləcək.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bu dəfə söküntü işləri paytaxtın Sabunçu və Suraxanı rayonlarında aprılacaq.

İstismar müddəti bitmiş qəzalı binaların söküntüsü üçün layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Bu məqsədlə Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən tender elan edilib.

Söküntü işlərinin aparılacağı ünvanlar aşağıdakılardır:

Sabunçu rayonu, Y.Qasımov küçəsi, ev 39

Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 2, bina 5 və bina 6

Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi, ev 43

Bu addım paytaxtda təhlükəsizlik və müasir şəhərsalma baxımından mühüm əhəmiyyət daşıyır. Qəzalı binaların sökülməsi əhalinin həyatına təhlükə riskini azaldacaq və həmin ərazilərdə daha müasir yaşayış məkanlarının salınmasına şərait yaradacaq.

Qeyd edək ki, hazırda söküntü işlərinin aprıldığı ərazilərdə əhaliyə iki yol təklif olunur. Vətəndaşlara söküləcək evlərinin yerində inşa olunacaq binalardan mənzillər təklif edilir. Həmin ərazidəki mənzil sahibləri müvəqqəti olaraq kirayə evlərə köçürülür. Onlara kirayə haqqı da ödənilir. Vətəndaşın evi 50 kvadrat olursa, ona əlavə 20 kvadrat artıq mənzillər təklif olunur.

Digər yol isə vətəndaşlara söküləcək mənzilləri müqabilində kompensasiya verilməsidir. Hazırda Bakı üzrə kompensasiya məbləği 2500-2800 AZN arasında dəyişir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az