Sahibkarlardan pul yığan şəxslər peyda olub: Sənədlərə məcburi İMZA ATDIRIRLAR

23:22 - 10 Noyabr 2025

Sahibkarlardan pul yığan şəxslər peyda olub: Sənədlərə məcburi İMZA ATDIRIRLAR

Abşeron və Sumqayıt ərazisində özlərini Dövlət Vergi Xidmətinin əməkdaşları kimi təqdim edən şəxslər sahibkarlardan pul yığırlar.


Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, onlar Masazır kəndində bir neçə ticarət obyektinə daxil olaraq, guya "vergi xidmətləri" həyata keçirdiklərini bildiriblər. Hətta bəzi hallarda "müqavilə" adı altında saxta sənədlərə sahibkarları məcburi imza atdırıblar.

Həmin şəxslər ticarət obyektlərindən birinin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, sözügedən şəxslərin quruma heç bir aidiyyəti yoxdur və onların bu cür "xidmətləri" mövcud deyil.

Xidmətdən əlavə olaraq o da bildirilib ki, bu cür hallara təkcə Abşeron və Sumqayıt ərazisində deyil, ölkənin digər bölgələrində də rast gəlinir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə qeyd olunub ki, məsələ ilə bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az