Görüntülər YAYILDI: Rəşad Dağlı azadlığa çıxıb? - VİDEO

09:00 - 11 Noyabr 2025

Görüntülər YAYILDI: Rəşad Dağlı azadlığa çıxıb? - VİDEO

Sosial şəbəkələrdə tanınmış meyxanaçı Rəşad Əmirovun (Dağlı) azadlığa çıxması ilə bağlı məlumat yayılıb.


Manset.az meyxanaçının yaxınları ilə əlaqə saxlayıb. Bildirilib ki, həmin görüntülər bir neçə il öncə meyxanaçı azadlıqda olanda çəkilib. Yayılan məlumat həqiqəti əks etdirmir.  Rəşad Əmirov hazırda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsindədir.

Qeyd edək ki, o, 2022-ci ilin 9 noyabr tarixində şəxsi mübahisə zəminində Bakının Qaradağ rayonunda qonşusu İskəndər Mehtiyevi ürəyindən 14 bıçaq zərbəsi ilə qətlə yetirmişdi. Rəşad Əmirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 9 il 6 ay azadlıqdan məhrum edilib.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az