Bəzi xidmətlər gələn ildən təmin edilməyə bilər - İcbari Tibbi Sığortada dəyişiklik

13:52 - 20 Noyabr 2025

Bəzi xidmətlər gələn ildən təmin edilməyə bilər - İcbari Tibbi Sığortada dəyişiklik

“Ola bilər ki, icbari tibbi sığorta zərfinə daxil olan bəzi xidmətlər gələn ildən təminata alınmasın. Bununla bağlı məlumat il sonuna doğru dəqiqləşəcək”. 


Manset.az xəbər verir ki, bu fikirləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün keçirilən brifinqdə çıxışı zamanı səsləndirib. 

“Burada vacib məqam odur ki, ölkəmizdə sığortalı və sığortalı olmayan hissə yaranacaq. Sığortalı olmayan hissə sığorta haqqını ödədikdən sonra artıq sığorta olunan hesab oluna biləcək. İcbari Tibbi Sığorta Agentliyində vətəndaşlara göstəriləcək xidmətin çərçivəsi ilə bağlı müzakirələr aparılır” - deyə Vüqar Qurbanov əlavə edib. 


Fidan Vəlisoy


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az