Bir ekosistemin elan etdiyi Bir Bonus lotereyası yekunlaşıb. 1 oktyabr-15 noyabr tarixlərini əhatə edən lotereyada Birbonus.az saytında mobil nömrəsini yazaraq qeydiyyatdan keçən müştərilər iştirak şansı qazanıblar. Lotereyanın unikallığı ondan ibarət idi ki, burada həm bonus qazananlar, həm də xərcləyənlər iştirak edirdilər.
Ötən gün Bir Bonus-un rəsmi sosial media hesablarında canlı yayımla
lotereyanın final mərhələsi keçirilib və qaliblər bəlli olub. 240 358
müştərinin qeydiyyatdan keçdiyi lotereyanın final tirajında seçim təsadüfi
üsulla aparılıb. Nəticədə 400 nəfər 20 bonus, 300 nəfər 50 bonus, 200 nəfər 100
bonus, 100 nəfər isə 200 bonus qazanıb. Lotereyanın superprizi Toyota Corolla
avtomobilinə isə 1 nəfər sahib olub.
Qaliblərin siyahısı: https://www.b-b.az/lwt1
Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket
və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə
bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem
müştəriləri Bir Bonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan
yararlanmaq şansı əldə edir. Bonusları BakıKart biletindən Trendyol sifarişinə,
mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək
mümkündür.
Bir
ekosistem Birbank, Birmarket, m10 və MilliÖn kimi ölkənin aparıcı brendlərini
bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və
BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini
genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində
müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən,
Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da
Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox
digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas
konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması
üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim
edir.