Bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

21:59 - 17 Dekabr 2025

Bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Culfa şəhərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bu barədə Culfa Rayon İcra Hakimiyyətindən bildirilib.

"Dekabrın 18-də Culfa şəhərində elektrik enerjisinin verilişində 3 saatlıq fasilə olacaq. Culfa 132/110/35/10 kV-luq yarımstansiyadan qidalanan 6 nömrəli (Neft bazası-FHN) və 7 nömrəli (Şəhər) hava xətlərində aparılacaq təmir işləri və yeni yarımstansiyaya qoşulma ilə əlaqədar saat 10:00-dan 13:00-dək şəhərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq", - məlumatda qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az