Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı

22:36 - 17 Dekabr 2025

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı

Sumqayıt şəhərində 18 yaşlı gəncin meyiti aşkarlanıb.


Manset.az Denmedia.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 30-cu məhəllə ərazisində qeydə alınıb.

Məlumata görə, həmin ərazidə yaşayan 2007-ci il təvəllüdlü Fəttayev Müşfiq Mirmehdi oğlunun cansız bədəni yaxınları tərəfindən tapılıb. Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilib. Əraziyə gələn həkimlər gəncin artıq həyatını itirdiyini müəyyən ediblər.Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, əraziyə baxış keçirilib. Ölümün dəqiq səbəbinin müəyyən edilməsi məqsədilə meyit müvafiq ekspertizaya göndərilib.Qeyd edək ki, vəfat edən gənc Azərbaycanda tanınmış partiya sədri Mirmahmud Fəttayevin nəvəsidir. Məlumata görə, partiya sədrinin oğlu Mirmehdi Fəttayev FHN-nin əməkdaşıdır və iki övladı var. Onlardan böyüyü 18 yaşlı Müşfiq Fəttayev, kiçik oğlu isə hələ məktəblidir.

Bu, Mirmahmud Mirəlioğlunun ailəsində baş verən ilk faciə deyil.

Onun üç övladı erkən həyatdan köçüblər.

İlk dəfə M.Mirəlioğlu 1991-ci ildə baş verən faciəli yol qəzası nəticəsində 5 yaşlı oğlunu itirib.

Partiya sədrinin digər oğlu Mircəlil Fəttayev 2009-cu ildə ürək tutmasından vəfat edib.

2012-ci ildə isə Mirəlioğlunun qızı 28 yaşlı Mahirə Fəttayeva qəflətən dünyasını dəyişib.

2016-cı ildə Mirəlioğlunun 11- ci sinifdə oxuyan bacısı oğlu Ümid qəflətən dünyasını dəyişib.

Hadisəyə gəlincə isə  Fəttayev Müşfiq Mirmehdi oğlu da ürək tutmasından dünyasını dəyişib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az