Ağsuda tanınmış həkim vəfat edib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ağsu Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, xəstəxanada həkim-otorinolarinqoloq kimi fəaliyyət göstərən Vəli Vəliyev bu gün dünyasını dəyişib.
Qeyd edək ki, V.Vəliyev I Qarabağ müharibəsinin iştirakçısı olub. O həmçinin xəstəxananın Həmkarlar İttifaqının sədri vəzifəsini icra edirdi.