"Fənərbaxça"dan Con Durana xəbərdarlıq 

00:30 - 19 Dekabr 2025

\"Fənərbaxça\"dan Con Durana xəbərdarlıq 

"Fənərbaxça"nın hücumçusu Con Duran son dövrlərdə aqressiv davranışları ilə gündəmə gəlib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, son oyunlarda Duran həm rəqiblərə, həm də komanda yoldaşlarına qarşı gərgin və aqressiv davranışlar sərgiləyib. Kolumbiyalı futbolçunun bu davranışları klub rəhbərliyinin və texniki heyətin diqqətindən yayınmayıb.

Futbolçu "Ferensvaroş"la oyunun əlavə dəqiqələrində qırmızı vərəqə alaraq komandasının "Brann"la qarşılaşmasında iştirak edə bilməyib. Daha sonra “Konyaspor” matçında oyundan çıxarıldıqdan sonra baş məşqçi Tedesconun uzatdığı əli sıxmayıb.

Bütün bu davranışlar klub rəhbərliyi və texniki heyəti hərəkətə gətirib. Sarı-lacivərtlilər Duranla xüsusi görüş keçirərək futbolçuya daha sakit və nəzakətli olmaqla bağlı xəbərdarlıq ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az