Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib.
Manset.az xəbər verir ki, əklilin üzərində “Rəşad Dağlının adından əziz xatirəsinə” sözləri yer alıb.
Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, 2017-ci ildə tanınmış meyxanaçının beyninə qan sızmış, bundan sonra onun səhhətində ciddi problemlər yaranmışdı.
Xatırladaq ki, Rəşad Dağlı 2022-ci ildə qonşusunu qətlə yetirməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.