Polad Bülbüloğlu oğlu ilə Şuşadakı bağında - VİDEO

21:42 - 20 Dekabr 2025

Polad Bülbüloğlu oğlu ilə Şuşadakı bağında - VİDEO

Xalq artisti Polad Bülbüloğlu AZTV-də yayımlanan "21-ci əsr" verilişinin qonağı olub.


Manset.az xəbər verir ki, verilişin aparıcısı Rafiq Həşimovla söhbət zamanı Polad Bülbüloğlu oğlu Murtuza Bülbüloğlu ilə birlikdə Şuşa şəhərində yerləşən evinin bağını nümayiş etdirib. O, bağda müxtəlif meyvə ağaclarının olduğunu bildirib, alma, armud və qoz ağaclarının hər il bol məhsul verdiyini qeyd edib. Xalq artisti yetişən məhsulları qonşulara, tanışlara və Bakıya da göndərdiyini vurğulayıb.

Veriliş zamanı Murtuza Bülbüloğlu da Şuşa ilə bağlı xatirələrini bölüşüb. O bildirib ki, atası Polad Bülbüloğlu Şuşada həm işğaldan əvvəl, həm də işğal dövründə olub. Özünün isə Şuşaya ilk səfəri şəhər azad edildikdən sonra, 2021-ci ildə baş tutub.

Murtuza Bülbüloğlu qeyd edib ki, "Xarı bülbül" musiqi festivalının bərpası zamanı ilk dəfə Şuşaya gəlib və bu səfər onda böyük həyəcan və qürur hissi yaradıb.

Ətraflı süjetdə:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az