Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 20-də Xətai rayonunda baş verib.
2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Amin yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.