Sərfəli kredit axtarışında olanlar, Birbank-ın digər
banklarda kredit öhdəliyi olan müştərilər üçün əsl bayram hədiyyəsi edir. Belə ki, indi digər banklardakı kreditlərini Birbank-a gətirən hər kəs təyin
olunan kredit faizinə 3% endirim qazanır.
Artıq minlərlə insan bu fürsəti dəyərləndirib. Siz də Yeni ili çətin maliyyə
hesabatları aparmadan, büdcə sıxıntısı çəkmədən dolu-dolu yaşamaq
istəyirsinizsə bu şansı qaçırmayın.
15 yanvar tarixinədək
davam edən kampaniya müştərilərə daha sərfəli kredit şərtləri ilə yanaşı aylıq
ödənişlərin həcmini azaltmaq, kreditlərini bir yerdən və vaxt itirmədən ödəmək
imkanı yaradır.
Qeyd edək ki, kampaniya 13 aylıq və daha çox müddətə
rəsmiləşdirilən kreditlərə şamil edilir. Kampaniya
çərçivəsində Kapital Bank və ya istənilən digər bankdan əməkhaqqı, yaxud təqaüd
alanlar maksimum 50 000 manatadək nağd pul kreditini 59 ayadək müddətə əldə
edirlər. Fürsətdən yararlanmaq və bayramı dolu-dolu yaşamaq üçün sizə ən yaxın Kapital Bank/Birbank filialına yaxınlaşa bilərsiniz.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim
edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda
ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək
ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və
PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq
fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın
müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.