Bakcell-in innovasiya tərəfdaşlığı ilə təşkil
olunan “Media Savadlılığı” Konfransı uğurla başa çatıb. Tədbir çərçivəsində
media savadlılığının müasir dövrdə rolu, rəqəmsal mühitdə informasiya
ekosistemi və süni intellektin bu sahəyə təsiri ətrafında müzakirələr aparılıb.
Konfrans media savadlılığı sahəsində peşəkar dialoqun gücləndirilməsi və mövzu
üzrə davamlı əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli
platforma kimi qiymətləndirilib.
Tədbir çərçivəsində təşkil olunan intellektual yarışın qalibləri Bakcell tərəfindən mükafatlandırılıb. Bu təşəbbüs Bakcell-in süni intellekt və innovasiyaya əsaslanan, analitik düşüncənin və maarifləndirici layihələrin təşviqinə verdiyi ardıcıl dəstəyin tərkib hissəsidir.
Bakcell innovasiya tərəfdaşı olaraq, konfransda innovasiya və media savadlılığı
arasında əlaqələrin ön plana çıxarılmasına, süni intellekt və rəqəmsal trendlərin
müzakirə gündəminə daxil edilməsinə dəstək göstərib.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL
Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.