Bu gün İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Azərbaycana səfər edib.
Manset.az xəbər verir ki, Z. Pezeşkian Bakıda keçirilən “Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” adlı konfransa qatılıb.
Tədbirdə çıxışını Azərbaycan dilində tamamlayan Zəhra Pezeşkian Azərbaycanın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” şeirindən bir bənd söyləyib:
Sondan durub üst donumu geyərdim,
Baxçalarda tiringəni deyərdim,
Ay özümü o əzdirən günlərim,
Ağac minib, at gəzdirən günlərim.
Həmin görüntüləri təqdim edirik: