ChatGPT yeniləndi

01:30 - 24 Dekabr 2025

ChatGPT yeniləndi

"OpenAI" şirkəti "ChatGPT" tətbiqinə yeni fərdiləşdirmə imkanı əlavə edib.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, artıq istifadəçilər süni intellektin cavab üslubunu öz zövqlərinə uyğun tənzimləyə bilirlər.

Tətbiqin fərdiləşdirmə bölməsində dörd əsas parametr mövcuddur: səmimilik dərəcəsi, həyəcan və entuziazm səviyyəsi, siyahı və altbaşlıqlara üstünlük, eləcə də emojilərdən istifadə. Hər bir parametr "daha çox", "daha az" və ya "standart" seçimləri ilə idarə olunur. Yenilik ChatGPT-nin cavablarını istifadəçiyə daha uyğun və rahat edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az