Türkiyə nümayəndə heyəti ilə işgüzar görüş keçirildi - Fotolar

18:24 - 23 Dekabr 2025

Türkiyə nümayəndə heyəti ilə işgüzar görüş keçirildi - Fotolar

Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında və II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polatın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovla  görüşüb.


Görüş zamanı Cəbrayıl rayonunda həyata keçirilən “Türkiyə-Azərbaycan Beynəlxalq Təlim Mərkəzi və Ağıllı Tinglik” layihəsi çərçivəsində görülən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az