Qonşu ölkədə zəlzələ oldu

18:37 - 28 Dekabr 2025

Qonşu ölkədə zəlzələ oldu

Dekabrın 28-i günün ikinci yarısında Gürcüstanda zəlzələ baş verib.


Manset.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Elmlər Akademiyasının Yer Elmləri İnstitutunun Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Dmanisi şəhərindən 19 kilometr qərbdə, əsasən, azərbaycanlılar yaşayan Məmişli kəndi ərazisində qeydə alınıb.

Yeraltı təkanlatın gücü 3,8 bal olub.

Dağıntı və ya digər zərərlə bağlı hələlik məlumat yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az