Birbank Yeni
il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müştərilərinin
alış-veriş təcrübəsini daha da sərfəli edəcək kampaniyaya start verir. 29
dekabr 2025-ci il tarixindən 15 yanvar 2026-cı ilədək davam edəcək kampaniya
çərçivəsində bütün növ Birbank taksit kartı sahiblərinə partnyor mağazalarda
etdikləri ödənişləri heç bir komissiya olmadan daha uzun müddətə bölmək və
əlavə xərclərdən azad olmaq imkanı yaradılır.
Kampaniyanın
şərtlərinə əsasən, qeyd olunan tarixlərdə Birbank-ın geniş partnyor şəbəkəsində
taksitlə alış-veriş zamanı seçilən müddətin üzərinə bank tərəfindən avtomatik
olaraq 3 ay hədiyyə edilir. Məsələn, müştəri geyim mağazasında ödənişi 2 aya
bölmək istədikdə bu müddət 5 aya, elektronika mağazasında 12 ayı seçdikdə isə
15 aya qədər uzadılır ki, bu da aylıq ödəniş yükünü əhəmiyyətli dərəcədə
azaldır. Üstəlik bu zaman heç bir komissiya tətbiq edilmir.
Hər bir
müştərinin məhdudiyyətsiz sayda yararlana biləcəyi bu kampaniya, bayram
alış-verişini həm partnyorlar, həm də kart sahibləri üçün daha rahat və əlçatan
etmək məqsədi daşıyır.
Ətraflı
məlumat üçün link: https://www.b-b.az/tfoQxM
Daim
ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə
nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115
filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə
müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital
Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir.
Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196
Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz.