Keçmişdə işlədiyi ofisdən 6000 manatlıq oğurluq edən saxlanıldı

17:30 - 30 Dekabr 2025

Keçmişdə işlədiyi ofisdən 6000 manatlıq oğurluq edən saxlanıldı

Bakının Nərimanov rayonunda keçmiş iş yerindən 6 min manatlıq oğurluq edən şəxs saxlanılıb.


Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, zərərçəkən polisə müraciət edərək icarədarı olduğu ofisdən 6 min manat dəyərində kompüter və televizor oğurlandığını bildirib.

Əməliyyat-axtarış tədbiri nəticəsində K.Həsənov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, gecə saatlarında əvvəllər çalışdığı iş yerinə gəlib və özündə saxladığı açarla qapını açaraq ofisi talayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az