Yanvarın maaşından bu qədər VERGİ TUTULACAQ

09:00 - 01 Yanvar 2026

Yanvarın maaşından bu qədər VERGİ TUTULACAQ

Sabahdan neft-qaz sahəsində işləməyən və qeyri-dövlət sektorunda çalışan fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulacaq.


Manset.az xəbər verir ki, Vergi Məcəlləsinə görə, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar 3 % vergi ödəyəcəklər.

Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 625 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər olacaq.

Müvafiq olaraq növbəti illərdə, aylıq gəliri 2 500 manata qədər olanlar 2027-ci ildə 5 %, 2028-ci ildə 7 %, 2 500 manatdan 8 000 manata qədər olanların 2027-ci ildə 125 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2028-ci ildə 175 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2027-ci ildə 675 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər hesablanacaq.

Xatırladaq ki, Azərbaycanda 2019-cu ildən qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlara gəlir vergisi ilə bağlı 7 illik güzəşt nəzərdə tutulmuşdu. Bu güzəşt sayəsində yuxarıda qeyd edilənlər muzdlu işdən aylıq gəlirlərindən aylıq gəlir 8000 manatadək olduqda vergi tutulmur, 8000 manatdan çox olduqda isə 14 faiz vergi tutulub. /bizim.media


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az