Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO

13:57 - 01 Yanvar 2026

Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO

Bakının mərkəzi küçələrindən birində baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyada səkisində olan uşağın üzərinə məhəccər aşıb.


Manset.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, hadisə nəticəsində uşaq ağır xəsarətlərlə yerə yıxılıb və huşsuz vəziyyətdə qalıb.

Hadisə yerindən keçən polis əməkdaşları vəziyyətin son dərəcə ağır olduğunu anlayaraq dərhal müdaxilə ediblər. Polis əməkdaşlarının müşayiəti ilə azyaşlı təcili xəstəxanaya çatdırılıb. Ağır vəziyyətdə, koma halında olan uşaq reanimasiyaya yerləşdirilib, təcili əməliyyat olunub və həyatını xilas etmək mümkün olub.

Hazırda azyaşlının vəziyyəti həkimlərin nəzarəti altındadır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az