Azərbaycanda axtarılırdı - Monteneqroda tutuldu

20:28 - 01 Yanvar 2026

Azərbaycanda axtarılırdı - Monteneqroda tutuldu

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Monteneqro ərazisində yeri müəyyən olunub.


Manset.az xəbər verir ki, Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə maddəsi ilə başlanmış cinayət işi üzrə Salyan RPŞ tərəfindən axtarışda olan Ramil Yaqub oğlu Mənsimov İnterpol kanalları vasitəsilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Məlumatı DİN-in Mətbuat xidmətinin regional qrupundan təsdiqləyiblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az