“Azəriqaz”dan smart kartlardakı problemlə bağlı AÇIQLAMA

12:51 - 02 Yanvar 2026

“Azəriqaz”dan smart kartlardakı problemlə bağlı AÇIQLAMA

Məlum olduğu kimi, yanvarın 1-dən qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra sonra “Azəriqaz” İB-nin smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb. Hələ də Bakı şəhərində bir çox abonentlər istiliksiz qalıblar.


Manset.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyev açıqlamasında bildirib ki, smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problemin qısa müddətdə aradan qaldırılması istiqamətində ciddi işlər aparılır.

Onun sözlərinə görə, bu il yanvarın 1-dən smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problem elə həmin gün saat 20:00-da aradan qaldırılsa da, sistem kütləvi əməliyyatlar aparılması zamanı təkrar xətalarla üzləşib:

"Məlum olduğu kimi, təqvim ilinin əvvəli olması ilə qədər müraciətlərin sayı da çox olur. Müraciət sayı çox olduğundan yenidən müəyyən xətaların olduğunu aşkar etdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi şəkildə işlər aparırlar".

Xatırladaq ki, hazırda 1200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 12,5 qəpik; 1200 kub metrdən 2500 kubmetrədək olan hissə üçün 22 qəpik; 2500 kubmetrdən çox olan hissə üçün 30 qəpikdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az