Ağsuda bacı-qardaş dəm qazından zəhərlənib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Kəndoba ərazisində baş verib.
Kənd sakinləri - 1996-cı il təvəllüdlü Məhəmməd Cabir oğlu Əliyev və 2002-ci il təvəllüdlü Aynur Cabir qızı Əliyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hər iki şəxs Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən bacı və qardaşın vəziyyətlərinin orta ağır olduğu bildirilir.