Məmurun əri həmin videosuna görə üzr istədi - VİDEO

16:47 - 19 Yanvar 2026

Məmurun əri həmin videosuna görə üzr istədi - VİDEO

İçkili halda “TikTok”da canlı yayım açaraq dini, namazı lağlağıya qoyan Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov üzr istəyib.


Manset.az xəbər verir ki, o bu barədə videoaçıqlama yayıb.

“Hər kəsdən üzr istəyirəm. Namaz qılıb oruc tutmasam da, həmişə Allaha inanmışam. Mənəvi dəyərlərə hörmət edirəm. İşlətdiyim ifadələr spirtli içkinin təsiri altında olub. Din əhlindən üzr istəyirəm”, - deyə o söyləyib.

Qeyd edək ki, H.Eyvazovun eyni zamanda Füzuli RİH-də sürücü işlədiyi deyilsə də, qurumdan onun uzun müddətdir Rayon İcra Hakimiyyətində çalışmadığı bildirilib. İcra başçısının ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova isə həyat yoldaşının gündəm olan videosundan sonra işdən ayrılmaq üçün ərizə yazıb.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az