Bakıda daha bir küçə gecə saatlarında təmir olundu - VİDEO/FOTO

10:10 - 24 Fevral 2026

Bakıda daha bir küçə gecə saatlarında təmir olundu - VİDEO/FOTO

Rahat və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə Xətai rayonu ərazisində yerləşən Fəzail Bayramov küçəsinin bir hissəsində təmir işləri həyata keçirilib. Ərazidə gündüz saatlarında müşahidə olunan nəqliyyat sıxlığı nəzərə alınaraq, hərəkətin məhdudlaşdırılmaması üçün işlər gecə saatlarında icra olunub.


Manset.az xəbər verir ki, təmir işləri küçənin Xətai prospektindən Gülarə Qədirbəyova küçəsinədək olan 270 metrlik hissəsini əhatə edib. Ümumilikdə təqribən 5 500 kvadratmetr sahədə köhnə asfalt örtüyünün frezlənməsi və yeni asfalt-beton örtüyünün döşənməsi təmin olunub.

Aparılan işlər nəticəsində sözügedən hissədə nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkəti təmin edilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az