Ağdərədə mina partladı - Yaralanan var

15:21 - 01 Aprel 2026

Ağdərədə mina partladı - Yaralanan var

Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.


Manset.az xəbər verir ki, məlumatda işğaldan azad edilmiş Ağdərə rayonunun Hacıqərvənd kəndi yaxınlığında bu gün baş vermiş mina hadisəsi ilə bağlı detallar paylaşılıb.

“Məlumat verir ki, 1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır”.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az