Bəzi yerlərdə şimşək çaxır, yağış yağır - Faktiki hava

17:00 - 06 İyun 2026

Bəzi yerlərdə şimşək çaxır, yağış yağır - Faktiki hava

İyunun 6-sı saat 16:00-a olan faktiki hava açıqlanıb.


Manset.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyunun 6-sı saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Gəncə, Goranboy, Naftalan, Göygöl, Gədəbəy, Şahdağ, Quba, Tovuz, Şəmkir, Daşkəsən, Qusarda (Laza) arabir şimşək çaxır, intensiv xarakterli yağış yağır.

Gədəbəy rayonunda xırda ölçülü dolu müşahidə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az