Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin təşəbbüsü ilə Əkinçilik Elmi Tədqiqat İnstutunun Lənkəran Dayaq məntəqəsi ilə birlikdə ilk dəfə olaraq dronla “Zəfər44” yerli çəltik toxum səpinin həyata keçirdi.
Manset.az xəbər verir ki, Lənkəranın Siyavar ərazisində çəltik toxumları dron vasitəsilə su ilə örtülü 15 hektar sahəyə 20 dəqiqə ərzində 50 kiloqram tutmaqla itgisiz səpilib. Mütəxəssislərin sözlərinə görə, bu üsul ənənəvi əkin metodları ilə müqayisədə daha səmərəlidir. Dron vasitəsilə əkin zamanı həm vaxta, həm də toxuma qənaət edilir.
Hazırda Lənkəran rayonu üzrə 500 hektardan artıq sahədə çəltik əkini aparılır və proses davam edir. Mütəxəssislər bildirirlər ki, çəltik bitkisi həm şitil, həm də səpin üsulu ilə becərilir. Yeni texnologiyanın gələcəkdə daha geniş tətbiqi nəzərdə tutulur. Regionda ilk dəfə tətbiq olunan bu üsul əkin prosesinin daha operativ təşkilinə, eləcə də fermerlərin vaxt və resurslarına qənaət edilməsinə imkan yaradır. Rayonda 28 dən çox Fermer bu işlə məşğuldur.