Sağlam və uzun ömür üçün 5 sadə vərdiş 

22:38 - 08 İyun 2026

Sağlam və uzun ömür üçün 5 sadə vərdiş 

Sağlam və uzun ömür sürmək üçün yalnız düzgün qidalanma və fiziki aktivlik kifayət etmir. Mütəxəssislər bildirirlər ki, sosial əlaqələr və gündəlik həyat tərzi də sağlam qocalmada mühüm rol oynayır.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sağlam və uzun ömrü dəstəkləyən 5 sadə vərdişi açıqlanıb. Ekspertlərin sözlərinə görə, bu vərdişlər dünyada uzunömürlülüyü ilə seçilən cəmiyyətlərin həyat tərzində geniş yayılıb.

Mütəxəssislər aşağıdakı tövsiyələri verirlər:

  • Səhər saatlarında telefondan uzaq duraraq günə gəzinti ilə başlayın;
  • Qida rasionunuzda az faydalı məhsulları meyvə və tərəvəzlə əvəz edin;
  • Hər gecə ən azı 7 saat keyfiyyətli yuxu almağa çalışın;
  • Ailə üzvləri, dostlar və ətrafınızdakı insanlarla güclü sosial əlaqələr qurun;
  • Həyata nikbin yanaşmağı vərdiş halına gətirin.

Mütəxəssislər vurğulayırlar ki, bu sadə addımlar həm fiziki, həm də psixoloji sağlamlığın qorunmasına kömək edir, eyni zamanda ömür uzunluğunun artmasına müsbət təsir göstərir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az