logo
logo logo
logo

“AzerGold” QSC-nin 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olundu - FOTOLAR

11:36 - 05 İyul 2026

“AzerGold” QSC-nin 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olundu - FOTOLAR

“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə dövlət şirkəti və onun törəmə müəssisələri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.


Manset.az xəbər verir ki, ziyarət çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər qoyularaq onun elmi irsinə və insanlığa xidmət edən zəngin həyat yoluna hörmət ifadə olunub.

Daha sonra ziyarətçilər Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin minnətdarlıq və ehtiramla anılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamına uyğun olaraq təsis edilən “AzerGold” 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq, fəaliyyətə başlayıb. Artıq 10 ildir Azərbaycanın yeraltı sərvətlərinin səmərəli və dayanıqlı idarə olunması istiqamətində fəaliyyət göstərən Səhmdar Cəmiyyəti faydalı qazıntı yataqlarının kəşfi, tədqiqi, qiymətli metalların hasilatı, yerli və beynəlxalq bazarlarda satışı ilə milli iqtisadiyyata və sosial inkişafa davamlı töhfələr verir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az