logo
logo logo
logo

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri AÇIQLANDI

16:12 - 07 Avqust 2026

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri AÇIQLANDI

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 4-də keçirilən qabiliyyət imtahanının nəticələri açıqlanıb.


Manset.az xəbər verir ki, bu barədə DİM məlumat yayılıb.

Abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. İmtahanda iştirak etmək hüququ qazanmış 827 abituriyentdən 189 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 543 nəfər məqbul qiymət alıb.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 12-dən 19-dək aparılacaq.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 10 – 11 avqust tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyət vəsiqələri ilə DİM-in əsas inzibati binasına (Bakı ş., Ak., H.Əliyev 299) və ya regional bölmələrinə yaxınlaşıb ərizə yaza bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az