logo
logo logo
logo

Türkiyənin nüfuzlu dövlət universitetlərindən biri – İnönü Universitetinə qəbul imkanı 

16:22 - 07 Avqust 2026

Türkiyənin nüfuzlu dövlət universitetlərindən biri – İnönü Universitetinə qəbul imkanı 

Türkiyənin tanınmış dövlət ali təhsil müəssisələrindən biri olan İnönü Universiteti xarici tələbələr üçün də geniş təhsil imkanları təqdim edir.


Manset.az xəbər verir ki, Malatyada yerləşən universitet xüsusilə tibb, diş həkimliyi və səhiyyə ixtisasları üzrə təhsil keyfiyyəti ilə seçilir. Müasir klinik və laboratoriya imkanlarına malik olan İnönü Universiteti hər il Türkiyədən və müxtəlif ölkələrdən çoxsaylı tələbələrin seçimi olur.

Azərbaycanlı abituriyentlər üçün universitetə qəbul prosesində dəstək göstərən “Master Study” təhsil mərkəzi universitet seçimi, sənədlərin hazırlanması, müraciətin həyata keçirilməsi və tələbə qeydiyyatı mərhələlərində xidmət göstərir.

Dövlət universiteti olan İnönü Universitetinin diplomu beynəlxalq səviyyədə tanınır. Universitetdə xarici tələbələr üçün yaradılan imkanlar Türkiyədə ali təhsil almaq istəyən azərbaycanlı gənclərin də diqqətini cəlb edir.

Qeyd edək ki, İnönü Universitetinə qəbul üçün son müraciət tarixi 10 avqust 2026-cı ildir. Türkiyədə ali təhsil almaq istəyən və qəbul şərtlərinə cavab verən namizədlər bu tarixədək müraciətlərini həyata keçirə bilərlər.

Qəbul prosesi və ətraflı məlumat üçün “Master Study” ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə telefonu: +994 70 800 97 87


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az