logo
logo logo
logo

ADY Beynəlxalq Kitabsevərlər Gününü sərnişinlərlə birlikdə qeyd etdi - FOTO

18:58 - 07 Avqust 2026

ADY Beynəlxalq Kitabsevərlər Gününü sərnişinlərlə birlikdə qeyd etdi - FOTO

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Beynəlxalq Kitabsevərlər Günü münasibətilə Bakı Dəmiryol Vağzalında sərnişinlərin iştirakı ilə aksiya təşkil edib.


Manset.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, aksiya Parlaq İmzalar Nəşriyyatı ilə birgə həyata keçirilib. Tədbir çərçivəsində sərnişinlərə ədəbiyyatla bağlı müxtəlif suallar ünvanlanıb, düzgün cavab verən iştirakçılara kitablar hədiyyə olunub.

Təşəbbüsün məqsədi mütaliə mədəniyyətini təşviq etmək, sərnişinlərlə kitab sevgisini bölüşmək və səfər öncəsi onlara xoş anlar yaşatmaq olub.
ADY bütün kitabsevərləri Beynəlxalq Kitabsevərlər Günü münasibətilə təbrik edərək, hər səfərin yeni bir kitabla, hər kitabın isə unudulmaz səyahətlə başlamasını arzulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az