Cəlilabad rayonunun Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb.
Bu barədə Manset.az-a tarix üzrə fəlsəfə doktoru, arxeoloq Anar Ağalarzadə məlumat verib.
Hazırda abidə ərazisində mütəxəssislər tərəfindən tədqiqat və qazıntı işləri həyata keçirilir. Aparılan araşdırmalar zamanı yaşayış məskəninin tarixi, burada məskunlaşan insanların həyat tərzi və maddi-mədəni irsi ilə bağlı yeni məlumatların əldə olunması gözlənilir.
Qazıntılar zamanı aşkar ediləcək arxeoloji materialların abidənin tarixinin daha ətraflı öyrənilməsinə töhfə verəcəyi bildirilir.