Nizami
Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının
birgə təşkilatçılığı ilə 20 Sentyabr – Azərbaycan Respublikasında Dövlət
Suverenliyi Günü münasibətilə “Zəfərlə ucalan Azərbaycan və suverenlikdən doğan
güc” mövzusunda konfrans keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə
Milli Məclisin deputatları, geniş rayon ictimaiyyəti, şəhid ailələrinin üzvləri,
qazilər və gənclər iştirak ediblər.
Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər
Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi
uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla
yad edilib.
Sonra
Dövlət Suverenliyi Gününə həsr olunmuş video-film nümayiş olunub.
Azərbaycan
Respublikası Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Nizami Rayon
İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim
Musabəyov və Məlahət İbrahimqızı, YAP
Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, şəhid Cavid Manafovun anası
Natəvan İbrahimova, Vətən müharibəsi qəhrəmanı polkovnik- leytenant Zaur
Hüseynov və rayon gəncləri adından Azərbaycan Universitetinin tələbəsi Adəm
Quliyev konfransda çıxış ediblər.
Qeyd
olunub ki, 2023-cü
ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində
Azərbaycan öz suverenliyini ölkənin bütün ərazisində, o cümlədən Xankəndi,
Xocalı, Xocavənd və Ağdərədə tam bərpa etdi. Üçrəngli bayrağımız bütün suveren
torpaqlarımızda dalğalandı. Azərbaycanın
ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə ölkəmizin çoxəsrlik
tarixində tamamilə yeni, keyfiyyətcə fərqli bir mərhələyə qədəm qoydu, Cənubi
Qafqazda yeni təhlükəsizlik arxitekturası yaradıldı.
Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin
milli maraqlarına əsaslanan müdrik siyasəti sayəsində Azərbaycan bütün kənar təzyiqləri
dəf edərək öz hüquqlarını beynəlxalq müstəvidə qorudu, qlobal miqyasda ədalətin,
beynəlxalq hüququn aliliyinin müdafiəçisi kimi çıxış etdi.
Möhtərəm
Prezidentimizin rəhbərliyi ilə Azərbaycan xalqı bu gün öz tarixində ən qürurlu
dövrünü yaşayır. Cənubi Qafqazın lider dövləti və əsas söz sahibi olan ölkəmiz
daha güclü, təhlükəsiz və rifah içində yaşayacaq yeni Azərbaycan naminə sülh
siyasətini çox uğurla davam etdirir.
Vurğulanıb
ki, Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı
ilə 20 Sentyabr – Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis
edilməsi Zəfər tariximizin qalibiyyət təntənəsinin təcəssümü, xalqımızın tarixi
iradəsinin, azadlıq sevgisinin və milli dövlətçilik düşüncəsinin rəmzidir. Qəhrəman əsgər və zabitlərimizin,
şəhidlərimizin qanı hesabına qazanılmış ərazi bütövlüyümüz, suverenliyimiz
xalqımızın milli sərvətidir.
Azərbaycan
xalqı üçün suverenlik sadəcə siyasi status deyil, həm də milli qürur, kimlik və
gələcək nəsillərə miras qoyulmuş müqəddəs dəyərdir. Bu dəyərin qorunması və
inkişafı hər bir azərbaycanlının borcudur.