logo
logo logo
logo

Bakıda oğul ona yemək verməyən anasını döydü 

12:40 - 21 Sentyabr 2026

Bakıda oğul ona yemək verməyən anasını döydü 

Bakıda oğul anasını döyüb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 may küçəsində qeydə alınıb.

21 yaşlı Murad Yusifov (şərti adla) yaşadıqları evin mətbəxində ona yemək verməyən anası ilə mübahisə edib. Mübahisə zamanı əsəbiləşən Murad anasının baş nahiyəsinə əli ilə bir neçə dəfə zərbə vurub. Nəticədə qadının gözünün altında qansızma, üst hissədə şişkinlik və qolunda qançırlar yaranıb.

Faktla bağlı Murad Yusifov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, anası ilə tez-tez mübahisələri olur. Buna səbəb qadının rəfiqələrinin tez-tez evlərinə gəlməsidir. Belə ki, anasının rəfiqələri onlara gələndə evdə rahat ola bilmir. Sonuncu dəfə axşam saatlarında evə gəlib və anasından yemək istəyib. Bundan bir az əvvəl anası ilə yenə mübahisə etdiyi üçün anası onun yemək istəməsinə sərt cavab verib. O da bundan əsəbiləşərək, anası ilə mübahisə edib. Mübahisə zamanı qadın yüksək səslə qışqırmağa başlayıb. Muradın sözlərinə görə, qadını sakitləşdirməyə çalışsa da, mümkün olmayıb. Daha sonra əli ilə anasının başına bir neçə dəfə zərbə vuraraq, evdən çıxıb.

Zərərçəkən qadın isə ifadəsində oğlunun çılğın olduğunu deyərək, onunla barışdığını, şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Murad Yusifov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az