logo
logo logo
logo

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

13:09 - 21 Sentyabr 2026

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

Polşada istehsal olunmuş məhsulun üzərində artıq ləğv edilmiş separatçı rejimin əskisinin təsviri olan çap materialının yerli satışda olması barədə məlumat bu ölkədə yaşayan azərbaycanlıların sosial şəbəkələrində yayımlamasından dərhal sonra Azərbaycanın Polşadakı səfirliyi materialların istehsalının dayandırılması və satışdan çıxarılması istiqamətində tədbirlər həyata keçirib.


Manset.az xəbər verir ki, Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, “məhsulun” istehsalı və eyni zamanda, satışı ilə məşğul olan “Henry” şirkətinin direktoru Çezarı Popiel ilə əlaqə saxlanılıb və məsələ ilə bağlı Azərbaycanın kəskin etirazı bildirilib.

Qarşı tərəf məsələ barədə sosial şəbəkələr vasitəsilə məlumatlı olduğunu və yol verilmiş yanlışlıqla bağlı üzrxahlığını bildirərək, qeyd olunan məhsulun istehsalının və satışının dayandırılması barədə qərar qəbul edildiyini vurğulayıb.

Səfirliyin təklifinə əsasən Çezare Popiel diplomatik nümayəndiliyi yazılı şəkildə də məlumatlandırıb. 

Məktubda bildirilib ki, “təsvirin” çap materiallarında istifadəsi məqsədyönlü və ya qəsdən həyata keçirilməyib, çapın hazırlanma mərhələsində “insan amili” nəticəsində baş verib. Məktubda, həmçinin çap məhsulunun satışının tam dayandırıldığı, anbarda olan və müştərilərdən qaytarılmış bütün nüsxələrin dövriyyədən çıxarılaraq məhv ediləcəyi, eləcə də gələcək çap materiallarında həmin “təsvirin” istifadəsinin qarşısının alınması məqsədilə müvafiq düzəlişlərin edildiyi bildirilib.

Çezare Popiel səfirliyə göndərdiyi məktubda Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb.

Azərbaycanın Polşadakı səfirliyi yuxarıda göstərilən təxribatı aşkarlayan, sosial şəbəkələrdə məsələyə hər iki ölkə ictimaiyyətinin diqqətini cəlb edən azərbaycanlılara təşəkkürünü bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az